Bakının bu yolunda sürət həddi endirildi
21 noyabr 2023 10:56 (UTC +04:00)

Bakının bu yolunda sürət həddi endirildi

Hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzindən Lent.az-a verilən məlumata görə, eyni zamanda məlumat sürət tablolarında “sürüşkən yol” işarəsi qoyulub.

Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

# 1848
avatar

Oxşar yazılar