Bakının bu qəsəbələrinə  yeni marşrut xətti   açılır
04 oktyabr 2021 18:36 (UTC +04:00)

Bakının bu qəsəbələrinə yeni marşrut xətti açılır

Pirəkəşkül, Yeni qəsəbə, Müşfiqabad və 28 May qəsəbələrində sərnişindaşıma xidmətlərinin daha da təkmilləşdirilməsi məqsədilə 115 saylı yeni qəsəbələrarası müntəzəm marşrut xətti təşkil edilib.

Bu barədə Lent.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 10-dan fəaliyyətə başlayacaq marşrut xətti üzrə avtobuslar başlanğıc məntəqəsi Bakı-Şamaxı şosesi (Sulutəpə qəsəbəsi, körpü) son dayanacaq məntəqəsi Bakı-Şamaxı şosesi (Pirəkəşkül qəsəbəsi) olmaqla hərəkət edəcək.

# 5508
avatar

Oxşar yazılar