Bakıda səkilərin zəbt olunmasının qarşısı alınır - YENİLƏNİB
12 may 2021 19:19 (UTC +04:00)

Bakıda səkilərin zəbt olunmasının qarşısı alınır - YENİLƏNİB

Piyada səkisinin zəbt olunması ilə bağlı növbəti hal Xətai rayonunda Xudu Məmmədov küçəsində qeydə alınıb.

Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, hər bir belə qanunsuz hal Agentlik tərəfindən aşkar edilərək aradan qaldırılması üçün gərəkli addımlar atılır.

"Vətəndaşlardan xahiş edirik ki, səkilərin zəbt olunması hallarıyla rastlaşdıqda bu barədə Bakı Nəqliyyat Agentliyinə məlumat versinlər. Həmçinin, bu cür qanunsuz əməllərə yol verənləri, ictimai qınağa çəkməyə çağırırıq", - deyə BNA-nın məlumatında qeyd olunur.

***

17:19

Bakının Nizami rayonunda C.Naxçıvani və B. Çobanzadə küçələrinin kəsişməsində yeni inşa edilən obyektin qarşısında qanunsuz olaraq piyada səkisinin sahəsi daraldılmaqla parkinq yeri təşkil edilib.

Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, səkinin zəbt olunması ilə bağlı zəruri addımlar atılacaq.

Bu çərçivədə səkinin əvvəlcədən müəyyən olunan hüdudları boyunca təhlükəsizlik tumbaları qoyulacaq.

# 1809
avatar

Oxşar yazılar