Bakıda küləkdən 3 nəfər xəsarət alıb.
Bu barədə Lent.az-a Kliniki Tibbi Mərkəzin (KTM) mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd açıqlama verib.
Məlumaat görə, onlara ilkin olaraq alın nahiyəsinin çapılmış zədəsi və başın küt travması diaqnozu qoyulub:
"Klinikin Tibbi Mərkəzə külək səbəbi ilə xəsarət almış 3 nəfər yerləşdirilib. Onlara ilkin olaraq alın nahiyəsinin çapılmış zədəsi və başın küt travması diaqnozu qoyulub.
Mərkəzə gətirilən hər üç şəxsə ilkin tibbi yardım göstərilib. Birinin xəstəxanada müalicəsi, digər iki şəxsin evə buraxılması nəzərdə tutulub".