Bakıda daha bir marşrut "BakıKart"a keçir
28 sentyabr 2021 13:08 (UTC +04:00)

Bakıda daha bir marşrut "BakıKart"a keçir

Sentyabrın 29-dan Ramana qəsəbəsi -  Koroğlu NMM üzrə hərəkət edən 163 saylı marşrut xətti avtobuslarında gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, Sabunçu rayonu üzrə aşağıda qeyd olunan ünvanlardakı "OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.

Zabrat qəs. Nərimanov 23
Ramana qəs. Daş Karxanası (ümumilikdə 6 ünvanda)
Sadiq Cəfərov 26, Zabrat
Babək 336, Zabrat
Oktyabr küç. Zabrat 
Sabunçu qəs. Şəhər şosesi

# 1683
avatar

Oxşar yazılar