Bakıda bu suların  emal müəssisəsi BAĞLANDI:  belə hazırlanırmış...
25 avqust 2025 17:22 (UTC +04:00)

Bakıda bu suların emal müəssisəsi BAĞLANDI: belə hazırlanırmış...

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakının Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük sovxozu ərasizində fəaliyyət göstərən, fiziki şəxs İbrahimov Sakit Hüsi oğluna məxsus içməli su istehsalı müəssisəsində monitorinq aparıblar.

AQTA-dan Lent.az-a verilən xəbərə görə, 19 litrlik qablaşdırılmış sudan götürülmüş nümunənin müayinəsi nəticəsində uyğunsuzluq aşkarlanıb.

Bununla əlaqədar müəssisədə keçirilmiş plandankənar yoxlama zamanı temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı, texnoloji ardıcıllıq prinsipinin pozulduğu, müvafiq təmizlik işlərinin görülmədiyi müəyyən edilib.

Aşkarlanmış uyğunsuzluq, eləcə də sanitar-gigiyenik və sanitar-texniki nöqsanlarla bağlı müəssisənin fəaliyyəti müvəqqəti dayandırılıb, rəhbəri barəsində inzibati protokol tərtib olunub. Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 732

Oxşar yazılar