Bakıda bu məktəbin şagirdləri koronavirusa YOLUXDU  - YENİLƏNİB
05 oktyabr 2021 14:49 (UTC +04:00)

Bakıda bu məktəbin şagirdləri koronavirusa YOLUXDU - YENİLƏNİB

"162 nömrəli tam orta məktəbin 8 ç sinfində 3 şagirdin COVID-19 infeksiyasina yoluxması təsdiq olunduğu üçün həmin sinifdə əyani tədris prosesi 14 gün müddətində distant təhsillə əvəz olunub".

Bu barədə Lent.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, məktəbdə əyani təhsil davam edir. 

Qeyd edilib ki, paytaxt məktəblərində çalışan təhsil işçilərinin 90 faizindən çoxu vaksin olunub. Tədris ocaqlarında pandemiya şəraitindən irəli gələn qaydalara ciddi əməl olunur və mütəmadi olaraq monitorinqlər aparılır.

***

saat 14:22

Səbail rayonunda yerləşən 162 nömrəli məktəbdə bir sinif sabahdan distant təhsilə keçir.

Bu barədə Lent.az-a "Jurnalist Binaları"nda yaşayan valideynlər məlumat verib. 

Onlar bildirib ki, bir sinifdə oxuyan şagirdlərdə koronavirus aşkar olunduğuna görə həmin siniflə bağlı belə qərar verilib.

# 6792
avatar

Oxşar yazılar