Bakı Beynəlxalq Avtovağzal Kompleksini Xocasən qəsəbəsi ilə əlaqələndirən 157 saylı müntəzəm marşrutun hərəkət sxemində dəyişiklik edilib.
Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən xəbərə görə, dəyişikliyə əsasən marşrut üzrə avtobusların son dayanacaq məntəqəsi Xocasən qəsəbəsində şəhid ailələri və müharibə veteranları üçün inşa edilmiş yeni yaşayış kompleksi müəyyən edilib.
Marşrutun fəaliyyəti qeyd edilən əraziyə sentyabrın 30-dan təmin ediləcək.