Bakıda bir neçə marşrutun hərəkət qrafiki dəyişdirildi -  SƏBƏB
31 mart 2021 12:32 (UTC +04:00)

Bakıda bir neçə marşrutun hərəkət qrafiki dəyişdirildi - SƏBƏB

Bakının Xətai rayonunda bəzi marşrut avtobuslarının hərəkət istiqaməti dəyişdirilir.

Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, Xudu Məmmədov küçəsinin Vunqtau küçəsi ilə kəsişməsindən İlqar Zülfüqarov küçəsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək. Məhdudiyyət sabah aparılacaq təmir-bərpa işləri ilə əlaqədardır. Bu səbəbdən M1, M2, M6 və 104  nömrəli marşrutların hərəkət sxemləri aşağıda göstərilən qaydada müvəqqəti təşkil ediləcək.

Dəyişikliyə əsasən:

M1, M2, M6  nömrəli ekspres marşrut üzrə avtobuslar “Həzi Aslanov “ metro stansiyası istiqamətində Ukrayna dairəsi – Məhəmməd Hadi küçəsindən geriyə dönmə manevri etməklə, daha sonra öz hərəkət sxemi üzrə;

104 nömrəli müntəzəm marşrut üzrə avtobuslar “Həzi Aslanov “ metro stansiyası istiqamətində Gəncə prospekti – Vunqtau küçəsi - Ukrayna dairəsi – Məhəmməd Hadi küçəsi geriyə dönmə manevri etməklə daha sonra öz sxemi üzrə hərəkəti müyyən edilib.

# 1644
avatar

Oxşar yazılar