Bakıda 5 marşrut xətti ilə bağlı  MÜSABİQƏ
28 noyabr 2022 17:23 (UTC +04:00)

Bakıda 5 marşrut xətti ilə bağlı MÜSABİQƏ

Daxil olan vətəndaş müraciətləri əsasında 15, 147, 185, 186 və 213 saylı marşrut xətləri üzrə təhlillər aparılıb. Sərnişindaşımaların vəziyyəti qənaətbəxş hesab edilmədiyindən müsabiqəyə çıxarılıb.

Bu barədə Lent.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Müsabiqə Nazirlər Kabinetinin 2009-cu il aprelin 3-dəki 52 saylı qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi qaydasına” uyğun keçiriləcəkdir.

Müsabiqədə iştirak etmək istəyənlər Bakı Nəqliyyat Agentliyinə müraciət edə bilər.

# 2586
avatar

Fidan İlqar

Oxşar yazılar