Bakıda 321 nəfəri İT DİŞLƏYİB  - RƏSMİ
01 noyabr 2022 09:48 (UTC +04:00)

Bakıda 321 nəfəri İT DİŞLƏYİB - RƏSMİ

Son 3 ayda Kliniki Tibbi Mərkəzə(KTM) it dişləməsindən 321 nəfər müraciət edib.

KTM-dən Lent.az-a verilən məlumata görə, müraciət edən hər bir şəxsə vaksin vurulduqdan və ilkin tibbi yardım göstərildikdən sonra qeydiyyatda olduğu ərazi üzrə müvafiq tibb müəsisəsinə yönləndirilib. 

Mərkəzin Mətbuat xidmətindən verilən məlumata görə, bu dövr ərzində it dişləməsi ilə bağlı müraciət edənlər arasında ölüm halı qeydə alınmayıb. 

Mütəxəssislər bildirirlər ki, itlərin, xüsusi ilə sahibsiz itlərin insanları dişləməsi təhlükəlidir. İt dişləməsinə məruz qaldıqda mütləq ixtisaslaşmış və quduzluq əleyhinə vaksin olan tibb müəssisəsinə müraciət edilməlidir. Çünki it dişlədikdən sonra peyvənd vasitələrinin vurulmasının gecikdirilməsi quduzluq əlamətinin yaranmasına səbəb olur. Həmin əlamətin aşkarlanması isə müalicənin gedişini çətinləşdirir.

Qeyd edək ki, quduzluq çox ağır xəstəlik hesab edilir. Heç vaxt öz-özünə sağalmır, vaxtında müalicə aparılmasa insan ölümünə də səbəb olur. Bu baxımdan ən vacib məsələ quduzluq əleyhinə vaksinin həmin gün və gecikdirilmədən vurulmasıdır.

# 1650
avatar

Fidan İlqar

Oxşar yazılar

Səfirliyimizə hücum zamanı yaralananların SON DURUMU

Səfirliyimizə hücum zamanı yaralananların SON DURUMU

30 yanvar 2023 , 14:11
Sabah  qar yağacaq   - HAVA PROQNOZU

Sabah qar yağacaq - HAVA PROQNOZU

30 yanvar 2023 , 12:49
Şəhid Orxan Əsgərov dəfn edildi -FOTO  -VİDEO

Şəhid Orxan Əsgərov dəfn edildi -FOTO -VİDEO

30 yanvar 2023 , 12:38
Şəhid Orxan Əsgərovun cənazəsi İkinci Şəhidlər Xiyabanına gətirilib-FOTO -YENİLƏNİB

Şəhid Orxan Əsgərovun cənazəsi İkinci Şəhidlər Xiyabanına gətirilib-FOTO-YENİLƏNİB

30 yanvar 2023 , 12:14
10 ton   süd məhsulları məhv edildi - Azərbaycanda

10 ton süd məhsulları məhv edildi - Azərbaycanda

30 yanvar 2023 , 11:40
Şəhid Orxan Əsgərovun cənazəsi evinə gətirilib -FOTO - VİDEO  - YENİLƏNİB

Şəhid Orxan Əsgərovun cənazəsi evinə gətirilib -FOTO- VİDEO - YENİLƏNİB

30 yanvar 2023 , 11:35
Azərbaycanın bu ərazilərində sular kəsilib - SƏBƏB

Azərbaycanın bu ərazilərində sular kəsilib - SƏBƏB

30 yanvar 2023 , 10:10
Şəhid Orxan Əsgərov bu gün saat 12:00-da II Şəhidlər xiyabanında dəfn olunacaq

Şəhid Orxan Əsgərov bu gün saat 12:00-da II Şəhidlər xiyabanında dəfn olunacaq

30 yanvar 2023 , 09:32