"Azəristilik"in "Azəriqaz"a 25 milyon borcu var -  Direktor AÇIQLADI
10 noyabr 2021 11:39 (UTC +04:00)

"Azəristilik"in "Azəriqaz"a 25 milyon borcu var - Direktor AÇIQLADI

““Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin “Azəriqaz” İstehsalat Birliyinə 25 milyon manat borcu var”. 

Lent.az-ın məlumatına görə, bunu “Azəriqaz” İstehsalat Birliyinin (İB) Baş direktoru Ruslan Əliyev “Facebook”da açdığı canlı yayımda deyib.

O bildirib ki, qazın açılışının təmin olunması üçün “Azəristiliktəchizat” ASC tərəfindən “Azəriqaz” İB-yə müraciət olunmalıdır:

“Bizdə olan məlumata görə, hazırda ölkədə 506 qazanxana fəaliyyət göstərir. “Azəristiliktəchizat” ASC tərəfindən müraciət olduqda borcu olmayan qazanxanalar üzrə qazın açılışını təmin edəcəyik”.

# 2022
avatar

Aytəkin Cəlali

Oxşar yazılar