Vətəndaş qəbulu
23 may 2022 17:28 (UTC +04:00)

Vətəndaş qəbulu

"Azəriqaz"ın direktoru Şəkidə vətəndaşlarla görüşdü - FOTOLENT

"Ölkə başçısının müvafiq çağırış və göstərişinə əsasən biz də SOCAR "Azəriqaz" İstehsalat Birliyi olaraq regionlarda vətəndaşlarla görüşlər keçirərək, sizlərin qaz təsərrüfatına dair problemlərinizin həlli istiqamətində lazımi işlər görürük".

Lent.az xəbər verir ki, bu sözləri SOCAR "Azəriqaz"ın baş direktoru Ruslan Əliyev Şəki şəhərində vətəndaşlarla keçirilən görüş zamanı bildirib. Qəbulda Şəki sakinləri ilə yanaşı, Qax, Zaqatala və Oğuz rayonlarından da qatılan vətəndaşların problem və təklifləri dinlənilib. Müraciətlər zamanı fərdi qazlaşma, yaşayış məntəqələrinə və yeni yaşayış massivlərinə küçə qaz xəttinin çəkilməsi, qapı keçidinin quraşdırılması, işə qəbul və digər məsələlərə toxunulub.

Ruslan Əliyev görüşdə iştirak edən 50-dək vətəndaşı fərdi olaraq dinləyib, qaldırılan məsələlərin həlli barədə Birliyin Zaqatala Regional qaz istismarı İdarəsinin, habelə Regional İdarənin tabeliyində olan xidmət sahələrinin müvafiq struktur rəhbər şəxslərinə göstəriş verib. Vətəndaşların qəbul zamanı səsləndirdikləri bir sıra problemlər yerindəcə həllini tapıb. Görüşdə sakinlərlə yanaşı, sahibkarlar da iştirak ediblər. Onlar da üzləşdikləri çətinliklərin həlli istiqamətində onlara köməklik edilməsini xahiş ediblər. Daxil olan bütün müraciətlər qeydiyyata alınıb. 

Vətəndaşlar qaz təchizatı ilə bağlı problemlərinin birbaşa Birlik rəhbəri tərəfindən dinlənildiyi, onlara göstərilən diqqət və qayğıya görə SOCAR "Azəriqaz" İstehsalat Birliyinin baş direktoruna təşəkkür ediblər. Baş direktor da, həmçinin bu cür görüşlərin bundan sonra da davam edəcəyini qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3597

Oxşar yazılar

 Leysan yağacağı   XƏBƏRDARLIĞI

Leysan yağacağı XƏBƏRDARLIĞI

19 may 2025 , 12:34
Bağçalara qəbul dayandırılır

Bağçalara qəbul dayandırılır

19 may 2025 , 12:00
Qəbul imtahanları ilə bağlı DİM-dən müraciət

Qəbul imtahanları ilə bağlı DİM-dən müraciət

19 may 2025 , 11:45
Bakıda leysan olacaq - XƏBƏRDARLIQ

Bakıda leysan olacaq - XƏBƏRDARLIQ

19 may 2025 , 10:45
Sürücülük vəsiqəsi olanlar yenidən imtahan  verə bilərlər

Sürücülük vəsiqəsi olanlar yenidən imtahan verə bilərlər

19 may 2025 , 10:42
Mayın ikinci yarısında şanslı olacaq  BÜRCLƏR

Mayın ikinci yarısında şanslı olacaq BÜRCLƏR

19 may 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

19 may 2025 , 08:15
Külək elə güclənir ki, küçəyə çıxa bilməyəcəyik - XƏBƏRDARLIQ

Külək elə güclənir ki, küçəyə çıxa bilməyəcəyik - XƏBƏRDARLIQ

18 may 2025 , 18:32