Azərbaycanlı qazi İsraildə - FOTO
26 dekabr 2022 10:12 (UTC +04:00)

Azərbaycanlı qazi İsraildə - FOTO

44 günlük Vətən Müharibəsində iştirak edən qazi Arif Hacıyev israilli həkim Yişay Falik tərəfindən mürəkkəb göz əməliyyatı olunub.

Lent.az xəbər verir ki, görmə qabiliyyətini bərpa edilən qazi Arif Hacıyev İsrailə səfər edib. Səfər şərçivəsində o, onu əməliyyat etmiş həkim Yişay Falik, göz donor olan şəxsin ailəsi, İsrail hökumətin üzvləri, Knessetin spikeri, bir sıra şəhər merləri görüşüb. 

Səfər Azərbaycan-ABŞ Mədəniyyət Fondunun prezidenti Nurit Qrinqer, “Double Trouble Production”  şirkətinin baş direktoru Eti El-Kiss tərəfindən təşkil olunub. Səfərin reallaşmasına həmçinin Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, AZAL, İsrailin Azərbaycandakı səfiri Corc Dik və ABŞ-dakı müxtəlif yahudi təşkilatları dəstək göstərib. 

Cərrah Yişay Falik Arif Hacıyevlə görüşüb və gözünü müayinə edib. O, Qarabağ Müharibəsi veteranlarına göstərdikləri qayğıya görə Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban Əliyevaya təşəkkür edib. Yişay Falik Azərbaycanın yüzlərlə yaralı əsgərinin müalicəsində və sağalmasında YASAT-ın Fondunun mühüm rolunu da qeyd edib.

Arif Hacıyev səfər çərçivəsində Herziliya şəhərinin meri Moşe Fadlonla da görüşüb. Ona şəhərin simvolik açarı təqdim edilib. İsrail parlamenti-Knessetdə Azərbaycanlı qazinin nazir Yoav Qalant, Knessetin spikeri Yariv Levin və Knesset üzvü Boaz Bismutla görüşləri təşkil olunub.

Azərbaycan-ABŞ Mədəniyyət Fondunun prezidenti Nurit Qrinqer qeyd edib ki, Arif Hacıyevin İsrailə səfərinin təşkili onların ilk təşəbbüsüdür və bundan sonra da fərqli layihələrin icrasını davam edəcəklər: “Mən Ariflə 2-ci Qarabağ müharibəsindən sonra Azərbaycanda olarkən tanış olmuşam, onun cəsarətli siması hələ də yadımdadır. Bundan sonra İsrailə səfər ideyası yarandı. Bizim başqa maraqlı ideyalarımız var və onları 2023-cü ildə həyata keçirib ABŞ media bazarında yayımlamağı planlaşdırırıq”.

Jurnalist və Azərbaycan-ABŞ Mədəniyyət Fondunun prezidenti Nurit Qrinqer və “Double Trouble Production”ın baş direktoru Eti El-Kiss Arif Hacıyev haqqında hazırladıqları filmi 2023-cü ilin aprelində bitirməyə planlaşdırırlar. 

Qeyd edək ki, Azərbaycan-ABŞ Mədəniyyət Fondu (www.us-az-culturalfoundation.com) 2022-ci ildə ABŞ-da yaradılıb və onun məqsədi Azərbaycanla ABŞ arasında mədəniyyət, media sahəsinə əməkdaşlıq əlaqələrini qurmaqdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2127
avatar

Arzu Qurbanlı

Oxşar yazılar