Azərbaycanda vurulan peyvəndlərin ümumi sayı 7 milyonu ötdü
02 sentyabr 2021 19:05 (UTC +04:00)

Azərbaycanda vurulan peyvəndlərin ümumi sayı 7 milyonu ötdü

 

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 98494 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 60167, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 38327 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7009933, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4239851, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 2770082 təşkil edir.

# 1920
avatar

Oxşar yazılar