Azərbaycanda vurulan peyvəndlərin sayı 10 milyonu  keçdi
12 noyabr 2021 18:46 (UTC +04:00)

Azərbaycanda vurulan peyvəndlərin sayı 10 milyonu keçdi

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 38082 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə peyvənd olunanların sayı 5032, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 9580, buster doza üzrə peyvənd olunanların sayı isə 23470 nəfərdir. 

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 10021688, birinci mərhələ üzrə vpeyvənd olunanların ümumi sayı 5012689, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 4464036, buster doza üzrə peyvənd olunanların sayı isə 544963 təşkil edir. 

# 1599
avatar

Oxşar yazılar