“Azərbaycanda "TURKOVAC"ın 3-cü faza sınaq fəaliyyəti üçün Türkiyə tərəfindən protokol gözləyirik”.
Lent.az APA-ya istinadən xəbər verir ki, bu sözləri səhiyyə nazirinin müavini Viktor Qasımov deyib. Nazir müavini qeyd edib ki, sənədlər gəldikdən və protokol üzrə hazırlıq təmin edildikdən sonra sınaqlara başlanılacaq:
“Sınaqlar könüllü şəkildə keçiriləcək”.
Qeyd edək ki, Türkiyə istehsalı "TURKOVAC"ın 3-cü sınaq mərhələsi Macarıstan, Azərbaycan və Qırğızıstanda aparılacaq.