Azərbaycanda RƏZALƏT:  Dəmrov xəstəliyini sağaltmaq üçün mollaya dua yazdırdılar - VİDEO
30 aprel 2025 22:38 (UTC +04:00)

Azərbaycanda RƏZALƏT: Dəmrov xəstəliyini sağaltmaq üçün mollaya dua yazdırdılar - VİDEO

Uşağın dəmrov xəstəliyini sağaltmaq üçün mollaya dua yazdırıblar, dua silinməsin deyə bir ay uşağı çimizdirməyiblər.

Lent.az Xəzər TV-yə istinadən məlumat verir ki, həkim-pediatr Afət İbrahimlinin sözlərinə görə, o, işi ilə əlaqədar bölgələrdən birinə gedib. Həmin uşaq da pasiyentlər arasında olub. Yoxlama zamanı uşağın ayağında yazılar görüb.

Onun sözlərinə görə, yaranın üzərinin yazılması xəstəliyi daha da şiddətləndirib.

Hazırda uşağın müalicəsi davam edir.

Həkim valideynlərə müraciət edərək bildirib ki, uşağın hər hansı xəstəliyi olarsa, yalnız həkimə müraciət edilməlidir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 630

Oxşar yazılar