Martın 30-da Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 26 573 nəfər peyvənd olunub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 547 541 nəfər peyvəndlənmə prosesində iştirak edib.
Peyvəndləmə respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.