Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzusu ölkədə yaşamaq üçün verilən dövlət rüsumlarıdır.
Azərbaycanda verilən ən çox suallardan biri də ölkəmizdə müvəqqəti yaşamaq üçün tələb olunan dövlət rüsumu ilə bağlıdır.
Maraqlıdır, Azəzrbaycanda müvəqqəti yaşamaq üçün icazə ilə bağlı nə qədər dövlət rüsumu tələb olunur?
Lent.az müvəqqəti yaşamaq üçün ödəniləcək rüsumları təqdim edir:
Yetkinlik yaşına çatmış şəxslər üçün
15 (on beş) iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda
3 ayadək - 40 manat
6 ayadək - 80 manat
1 ilədək - 160 manat
1 il 6 ayadək - 240 manat
2 ilədək - 320 manat
2 il 6 ayadək - 400 manat
3 ilədək - 480 manat
20 (iyirmi) iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda
3 ayadək - 30 manat
6 ayadək - 60 manat
1 ilədək - 120 manat
1 il 6 ayadək - 180 manat
2 ilədək - 240 manat
2 il 6 ayadək - 300 manat
3 ilədək - 360 manat
Azyaşlılar üçün
15 (on beş) iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda
3 ayadək - 25 manat
6 ayadək - 50 manat
1 ilədək - 100 manat
1 il 6 ayadək - 150 manat
2 ilədək - 200 manat
2 il 6 ayadək - 250 manat
3 ilədək - 300 manat
20 (iyirmi) iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda
3 ayadək - 15 manat
6 ayadək - 30 manat
1 ilədək - 60 manat
1 il 6 ayadək - 90 manat
2 ilədək - 120 manat
2 il 6 ayadək - 150 manat
3 ilədək - 180 manat
Azərbaycanın ali və orta ixtisas təhsili müəssisələrində əyani formada təhsil alan şəxslər üçün
15 (on beş) iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda
1 ilədək - 60 manat
2 ilədək (müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin müddəti uzadıldıqda) - 120 manat
20 (iyirmi) iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda
1 ilədək - 40 manat
2 ilədək (müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin müddəti uzadıldıqda) - 80 manat
İtirilmiş müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin yenidən verilməsinə görə 10 manat məbləğində dövlət rüsumu ödənilir.