Azərbaycanda koronavirusdan ölüm və yoluxma sayı azalır - SON STATİSTİKA
02 oktyabr 2021 16:45 (UTC +04:00)

Azərbaycanda koronavirusdan ölüm və yoluxma sayı azalır - SON STATİSTİKA

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 684 yeni yoluxma faktı qeydə alınıb, 2060 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 485275 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 462798 nəfər müalicə olunaraq sağalıb, 6559 nəfər vəfat edib, aktiv xəstə sayı 15918 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9832, ötən müddət ərzində isə ümumilikdə 4878405 test aparılıb.

# 2256
avatar

Oxşar yazılar