Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 364 yeni yoluxma faktı qeydə alınıb, 605 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 617 311 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 600 151 nəfər müalicə olunaraq sağalıb, 8 365 nəfər vəfat edib, aktiv xəstə sayı 8795 nəfərdir.
Ölkədə son sutka ərzində 6444, hazırkı dövrədək isə 5 870 329 test aparılıb.