Azərbaycan üzrə yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxma statistikası açıqlanıb.
Lent.az "koronavirus.info"ya istinadən xəbər verir ki, ən yüksək yoluxma Bakı şəhərinin payına düşüb - 52.1 faiz.
Aranda 13.4 faiz, Abşeronda 12.9 faiz, Gəncə-Qazaxda 8.2 faiz, Şəki-Zaqatalada 3.1 faiz, Quba-Xaçmazda 3.0 faiz, Lənkəranda 2.9 faiz, Dağlıq Şirvanda 2.5 faiz, Yuxarı Qarabağda isə yoluxma sayı 1.4 faizdir.
Bundan başqa Naxçıvanda yoluxma 0.04 faiz, ölkə xarici yoluxma isə 0.4 faiz təşkil edir.