Azərbaycanda COVID  6 nəfəri də öldürdü   - SON STATİSTİKA
06 sentyabr 2022 18:05 (UTC +04:00)

Azərbaycanda COVID 6 nəfəri də öldürdü - SON STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 492 yeni yoluxma faktı qeydə alınıb, 556 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 6 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 816 087 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 802 951 nəfər müalicə olunaraq sağalıb, 9831 nəfər vəfat edib, aktiv xəstə sayı 3 305 nəfərdir.

Ölkədə son sutka ərzində 4487, hazırkı dövrədək isə 7 176 524 test aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2715
avatar

Oxşar yazılar