Ölkə iqtisadiyyatının inkişafı və mülki dövriyyənin artması nəticəsində 4.7 milyona yaxın notariat hərəkətləri, 300 minədək vətəndaşlıq vəziyyəti aktı rəsmiləşdirilib.
Lent.az-ın xəbərinə görə, bu barədə Ədliyyə Nazirliyində ilin yekunları bağlı keçirilən Kollegiya iclasında bildirilib.
Qeyd edilib ki, insanların həyatlarında əlamətdar hadisələr olan nikahın və doğumun sayı artıb:
"Nikahın sayı 60 mini ötüb, boşanma 10%-dək azalıb. Qeydə alınmış doğumun sayı isə 120 mini keçib, ölüm 23 faizədək enib.
Notariuslar tərəfindən aparılmış əməliyyatlar nəticəsində, o cümlədən bununla bağlı tutulan vergi üzrə ümumilikdə 33 milyon manatdan çox vəsait dövlət büdcəsinə köçürülüb".