Qızını axtaran ana özünü yandırıb. Lent.az-ın məlumatına görə, “Bizimləsən” verilişionə qonaq olan qadın Türkiyəyə gedən qızını axtardığını deyib.
O bildirib ki, qızına görə ailəsi də dağılıb:
“6 övladım var. Yoldaşımdan ayrılanda bütün uşaqlarım yoldaşımın yanında qaldı. Yoldaşım mənə dedi ki, qızın getdi, onun dalınca düşmə. Mən də qızıma görə özümü yandırdım. Yenə də övladımı atmadım. Qızım Türkiyəyə getdi, ona görə də yoldaşım da məndən ayrıldı. Yoldaşım evlənəndən sonra uşaqlarım yanıma qayıtdı. Bircə Ruhiyə Türkiyədən qayıtmadı. Ruhiyəni 17 yaşına çatmamış qaçırtdılar. Polisə şikayət etdik, qızım dedi ki, şikayəti geri götür. Götürdük, sonra onlar yoxa çıxdılar. Qızımın yadiğarı olan övladını da mən böyüdüb saxladım, indi həmin uşaq da ailə qurub. Yoldaşım da illər sonra rəhmətə getdi”.