Azərbaycanda 238 adda toksik maddənin tətbiqi və dövriyyəsi QADAĞAN EDİLİB
18 sentyabr 2023 10:56 (UTC +04:00)

Azərbaycanda 238 adda toksik maddənin tətbiqi və dövriyyəsi QADAĞAN EDİLİB

İstifadəyə yararsız pestisidlərlə bağlı ölkədə mövcud olan problemlərlə bağlı ilkin təkliflər hazırlanıb və hökumətə təqdim olunub.

Lent.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bitki mühafizəsi ilə bağlı keçirilən regional tədbirdə deyib.

O bildirib ki, pestisidlərin saxlandığı anbarlarda, satış obyektlərində, o cümlədən onların tətbiq olunduğu bitkiçilik təsərrüfatlarında kifayət qədər dövlət qeydiyyatına alınmamış, yararlılıq müddəti bitmiş, həmçinin keyfiyyət parametrləri normativlərə uyğun olmayan saxta preparatlar aşkarlanıb.

"Bununla yanaşı il ərzində yararlılıq müddəti bitmiş və istifadəyə yararsız hesab edilən tonlarla pestisid agentliyin rəyi ilə dövriyyədən çıxarılıb. Hazırda ölkəmizdə ilkin mübarizə üsullarla mübarizə tədbirlərinin gücləndirilməsi, zərərli kimyəvi məhsullardan istifadənin minimuma endirilməsi prioritet vəzifələrdəndir. 238 adda toksik maddənin ölkəmizdə tətbiqi və dövriyyəsi qadağan edilib".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2346
avatar

Fidan İlqar

Oxşar yazılar