Azərbaycana payız gəlib.
Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Lent.az-a verilən xəbərə görə, payız Azərbaycana sentyabrın 22-si Bakı vaxtı ilə saat 23:21:00-da daxil olub.
Bu zaman payız gecə-gündüz bərabərliyi qeydə alınıb. Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçib və bu həmin andan Şimal yarımkürəsində payız fəsli başlayıb.