Azərbaycana 19 sm qar yağıb - FAKTİKİ HAVA
03 fevral 2023 10:38 (UTC +04:00)

Azərbaycana 19 sm qar yağıb - FAKTİKİ HAVA

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin fevralın 3-nə olan məlumatına əsasən hava şəraiti qeyri-sabit keçib, bəzi rayonlarda arabir yağıntılı olub, dağlıq və dağətəyi rayonlarda isə qar yağıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən xəbərə görə, düşən yağıntının miqdarı İsmayıllı, Şamaxı, Qaxda 13.0 mm, Ağsu, Xaltanda 12.0 mm, Altıağacda 11.0 mm, Balakən, Qəbələ, Şahdağ, Şəkidə 10.0 mm, Ağdərə, Qobustanda 9.0 mm, Zaqatalada 8.0 mm, Oğuzda 7.0 mm, digər rayonlarda 1.0-6.0 mm, Bakıda və Abşeron yarımadasında 1.0 mm-dək olub.

Dağlıq və dağətəyi rayonlarda müşahidə olunan qar nəticəsində qar örtüyü əmələ gəlib, hündürlüyü: Qaxda 19 sm, Altıağacda 17 sm, Xaltanda 12 sm, Şahdağ, Qrızda 10 sm, Şamaxıda 6 sm, Qobustanda 4 sm, Qusarda 2 sm, Qubada 1 sm olub.

Duman: Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Balakən, Zaqatala, Şəki, Qax, Şamaxı, Qobustan, Quba, Qusar, Xaltan, Qrız, Şabran, Mingəçevir, Yevlax, Göyçay, Cəfərxan, Hacıqabul, Biləsuvar, Lerikdə müşahidə olunub, görünüş məsafəsi 50-500 metrədək məhdudlaşıb.

Külək: Şimal-qərb küləyi Tərtər, Naxçıvanda 16 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 18 m/s-dək güclənib.

Havanın temperaturu: fevralın 3-də havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4°-dək isti, Naxçıvanda 5°-dək şaxta, dağlıq rayonlarda 11°-dək şaxta, aran rayonlarında 3-6° isti olub.

Ölkə ərazisində müşahidə olunan küləkli və yağıntılı hava şəraiti fevralın 03-ü axşamadək davam edəcək, 04-ü havanın mülayim, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

# 2028
avatar

Oxşar yazılar

DİQQƏT!  Bu tarixlərdə Azərbaycanda güclü maqnit qasırğası  olacaq

DİQQƏT! Bu tarixlərdə Azərbaycanda güclü maqnit qasırğası olacaq

24 mart 2023 , 16:30
Sabah Bakıda 23 dərəcə  isti olacaq

Sabah Bakıda 23 dərəcə isti olacaq

24 mart 2023 , 12:31
Laçın-Xankəndi yolu: Aksiyanın 103-cü günü  -FOTO

Laçın-Xankəndi yolu: Aksiyanın 103-cü günü  -FOTO

24 mart 2023 , 08:07
Bakıda 50 minə  mobil nömrə satılır

Bakıda 50 minə mobil nömrə satılır

23 mart 2023 , 19:12
Sabah yağış yağacaq, duman olacaq - PROQNOZ

Sabah yağış yağacaq, duman olacaq - PROQNOZ

23 mart 2023 , 12:20
"Azəriqaz"ın "Başdan ayağa" aksiya davam edir - VİDEO

"Azəriqaz"ın "Başdan ayağa" aksiya davam edir - VİDEO

23 mart 2023 , 11:34
İstirahət günləri regionların HAVASI

İstirahət günləri regionların HAVASI

23 mart 2023 , 11:24
Azərbaycanda Ramazan ayı başlayıb

Azərbaycanda Ramazan ayı başlayıb

23 mart 2023 , 00:01