Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin modeli əsasında qurulması sürətləndirilir.
Lent.az xəbər verir ki, bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov Müdafiə Nazirliyində keçirilən xidməti müşavirədə deyib.
Nazir Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə uyğun olaraq Türkiyə Respublikası Silahlı Qüvvələri modelinin Azərbaycan Ordusunda, o cümlədən hərbi təhsil sahəsində tətbiqinin sürətləndirilməsini tapşırıb.