Avtobus intervalının azalmasına agentlikdən QEYRİ-ADİ CAVAB
09 avqust 2023 14:26 (UTC +04:00)

Avtobus intervalının azalmasına agentlikdən QEYRİ-ADİ CAVAB

Əksər insanlar “yay gəlsin, marşrutlarda basabas azalsın” deyə həvəslə bu günləri gözləyirdi. Amma təəssüf ki, gözlənilən nəticə özünü doğrultmadı. İyunun 14-dən bəri məktəblər, universitetlər bağlanandan sonra vəziyyət daha da pisləşdi. Belə ki, avtobus, metro intervalları azaldı, sərnişinlər dəqiqələrlə növbəti qatarın, avtobusun gəlməyini gözləyirlər. 

Məsələ ilə bağlı Lent.az-ın sorğusuna Bakı Nəqliyyat Agentliyindən aydınlıq gətirilib. 

Bildirilib ki, xətlərə əlavə avtobusların ayrılması ilə bağlı AYNA tərəfindən daşıyıcılara tapşırıq verilib:

“Müntəzəm marşrut xətləri üzrə avtobuslararası interval, eləcə də gündəlik xəttə çıxarılan avtobus sayı sərnişin tələbatı nəzərə alınmaqla müəyyən edilir. Lakin yollarda mövcud nəqliyyat şəraiti intervalların uzanmasına səbəb olur. Vahid Dispetçer Mərkəzinin gündəlik məlumatlarına əsasən, səhər və axşam pik saatlarında əsas ictimai nəqliyyat dəhlizləri hesab olunan küçə və prospektlərdəki sıxlıq və tıxac halları avtobusların müəyyən olunmuş qrafik əsasında hərəkətinə mənfi təsir edir. Nəticədə sərnişinlər dayanacaq məntəqələrində daha uzun müddət gözləməli olurlar.

Xətlərə əlavə avtobusların ayrılması ilə bağlı AYNA tərəfindən daşıyıcılara tapşırıq verilib”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4830
avatar

Fidan İlqar

Oxşar yazılar