Alimentlər artacaq? - BOŞANANLARIN NƏZƏRİNƏ
27 oktyabr 2021 16:31 (UTC +04:00)

Alimentlər artacaq? - BOŞANANLARIN NƏZƏRİNƏ

Lent.az-ın "Bir sual, bir cavab" rubrikasında bugünkü mövzu nikah pozulması hallarında uşaqlara verilən aliment miqdarının artıb-artmaması ilə bağlıdır.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycanda uşaqlar üçün yaşayış minimumu 175 manat yox, 189 manat olacaq.

Mövzu ilə bağlı Lent.az-a açıqlama verən Vəkillər Kollegiyasının üzvü Roman Qaraşov bildirib ki, məhkəmələrdə nikahın pozulması zamanı uşağın hansı valideynin himayəsində qalması ilə bağlı qərar qəbul edilərkən alimentin məbləği müəyyənləşdirilir:

"Sözügedən qayda iki cür ola bilər. Biri sabit pul məbləği ilə işləməyən, daimi gəliri olmayan şəxslərin öhdəlikləri ilə bağlıdır. Digəri isə işləyən, sabit gəliri olan valideynlə bağlıdır. İkinci növdə uşaqların sayına nisbətən əməkhaqqının müəyyən faizi tutulur. Ancaq işləməyən şəxsdə konkret rəqəm olur. 2022-ci il üçün qərar qüvvəyə minərsə, aliment məbləğinin minumumu 189 manat təşkil edəcək".

R.Qaraşov əlavə edib ki, aliment miqdarının artırılmasını istəyən şəxslər, bununla bağlı məhkəməyə müraciət edərək, məbləğin artmasını təmin edə bilər.

 

# 26211
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar