Şura və Agentlik qalib QHT-lərlə onlayn görüş keçirdi
12 avqust 2020 18:11 (UTC +04:00)

Şura və Agentlik qalib QHT-lərlə onlayn görüş keçirdi

AzərbaycanPrezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə keçirdiyi qrant müsabiqəsinin qalibləri ilə onlayn görüş keçirilib.

Şuradan Lent.az-a verilən məlumata görə, Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov hər iki dövlət qurumunun rəhbərinin iştirakı ilə onlayn görüşün keçirilməsinin QHT-lərin məsuliyyət hissini daha da artıracağını və onları layihələrin effektiv şəkildə icra etməyə stimullaşdıracağını bildirib. İcraçı direktor Şuranın elektron xidmətlərinin cəmləşdiyi SƏLİS-in effektiv elektron idarəetmə və layihələrə çoxtərəfli nəzarət imkanı yaratdığını deyib.

Şura sədri, deputat Azay Quliyev Şuranın 2020-ci il ikinci qrant müsabiqələrinin 4-nü müvafiq sahə üzrə ixtisaslaşmış dövlət qurumu ilə birgə keçirdiyini bildirib. Azay Quliyev ilk dəfə olaraq qrant müsabiqəsinin qalibi olan QHT-lərlə Şuranın tərəfdaş qurumun rəhbərinin iştirakı ilə görüşün keçirilməsinin faydalı ənənə olduğunu deyib. Azay Quliyev Şuranın QHT layihələrinin maliyyələşdirilməsi üçün ayırdığı dövlət vəsaitinin daha şəffaf və səmərəli şəkildə istifadəsi baxımından əlaqəli dövlət və digər qurumlarla əməkdaşlığın mühüm əhəmiyyəti olduğunu vurğulayıb: “İxtisaslaşmış dövlət qurumlarının Şuranın qrant müsabiqələrində tərəfdaş qismində çıxış etməsi QHT-lərlə dövlət orqanları arasında etibarlı əməkdaşlıq imkanı yaradılması, qht-hökumət münasibətlərinin inkişafı, şəffaflığın tamlıqla təmin olunması, həmçinin, QHT-lərə təşkilati-texniki dəstəyin verilməsi baxımından çox faydalıdır. Cəmiyyətin və dövlətin maraqları belə halda daha effektiv şəkildə təmin olunur ki, bu da bizim bilavasitə marağımızdadır. 7 QHT KOBİA ilə birgə keçirdiyimiz qrant müsabiqəsinin qalibidir. Bu görüş həm də bizə QHT-ləri dinləyərək qarşıda dayanan vəzifələri geniş müzakirə etməyimizə imkan verəcək”.

Azay Quliyev Şuranın SƏLİS-Sürətli Əlaqələndirmə və Layihələri Əlaqələndirmə Sisteminin bütün tərəfdaşlarla, o cümlədən də QHT-lər və dövlət qurumları ilə hər hansı canlı təmas olmadan əməkdaşlıq etməyə və layihələrin icrasına effektiv şəkildə nəzarət etməyə imkan verdiyini bildirib.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin kiçik və orta sahibkarlığın inkişafı üçün dövlət və özəl qurumların fəaliyyətini əlaqələndirdiyini bildirib. Orxan Məmmədov dövlət-biznes münasibətlərinin tənzimlənməsində sahibkarların assosiasiyalarının üzərinə mühüm yük düşdüyünü deyərək özəl sektorun təmsilçilərini bu istiqamətdə təşviq etdiklərini deyib. KOBİA-nın QHT-lərlə əməkdaşlığı daima diqqətdə saxladığını deyən Orxan Məmmədov 2018-ci ildə Agentlik yanında İctimai Şuranın yaradıldığını və İctimai Şurada iqtisadiyyatın müxtəlif sahələri üzrə ixtisaslaşmış 15 QHT-nin təmsil olunduğunu diqqətə çatdırıb. Orxan Məmmədov 2-22 iyun 2020-ci ildə Şura ilə birgə qrant müsabiqəsinin keçirilməsinin və 7 QHT-nin qalib olmasının Agentliyin QHT-lər arasında əməkdaşlığın genişlənməsində əhəmiyyətli olacağını bildirib: “Qalib QHT-lərin layihələri əlilliyi olan şəxslərin və digər həssas sosial qrupların davamlı iqtisadi inkişafının təmin edilməsində sahibkar kimi rolunun artırılması və bu sahədə mövcud problemlərin həllinə zəmin yaradılması, sahibkar qadınların məhsullarının internet üzrə satışa çıxışını asanlaşdırmaq üçün kompüter bacarıqlarının inkişaf etdirilməsi, sahibkarlıq fəaliyyətindən irəli gələn kommersiya riskləri və onların idarə edilməsi, regionda KOB-ların iqtisadi biliklərinin artırılması və təkmilləşdirilməsi, “COVID-19” pandemiyasından zərər çəkmiş qadın sahibkarlar üçün “Biznesin təkmilləşdirilməsi” üzrə təlimlərin, texnologiyada qadın hərəkatı” mövzusunda treninqlərin və “Azərbaycanda davamlı iqtisadi inkişafın təmin edilməsində sahibkarların rolu” mövzusunda onlayn seminarların təşkili ilə bağlıdır”.

QHT rəhbərləri Mirzə Məhəmməd Vəliyev, Nərgiz Muxtarova, Gülbəniz Qəmbərova, Şamo Salayev, Günel Şahbazlı, Ələsgər Hüseynov çıxış edərək layihələrinin maliyyələşdirildiyi üçün Şuraya və KOBİA-ya təşəkkürlərini bildiriblər. Layihələri haqqında məlumat verən QHT sədrləri onun effektiv şəkildə icrası üçün üzərlərinə düşən işi məsuliyyətlə icra edəcəklərini deyiblər.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2035
avatar

Aygün İbrahimli

Oxşar yazılar