Səbail Rayon İcra Hakimiyyətində növbəti videokonfrans keçirilib
14 may 2020 18:50 (UTC +04:00)

Səbail Rayon İcra Hakimiyyətində növbəti videokonfrans keçirilib

Xüsusi karantin rejimi dövründə rayon ərazisində aparılan dezinfeksiya işləri, sakinlərə göstərilən ərzaq yardımları və əhalini narahat edən digər məsələlər ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun sədrliyi ilə RİH başçısının müavinlərinin, aparatının şöbə müdirlərinin, inzibati ərazi dairələri üzrə nümayəndələrinin və bələdiyyə sədrlərinin iştirakı ilə növbəti videokonfrans keçirilib.

İcra Hakimiyyətindən Lent.az-a verilən xəbər görə, müşavirə zamanı V.Zeynalov koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə rayon ərazisində yaşayan aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi, onlara maddi və mənəvi dəstək göstərilməsi istiqamətində görülən işlərdən söz açıb: 

“Koronavirus pandemiyası dövründə əhalinin ən həssas təbəqəsi olan tənha, yaşlı və ehtiyacı olan insanlara ərzaq sovqatlarının paylanılması işləri davam etdirilir. Ölkə başçısı tərəfindən verilmiş tapşırıqlardan düzgün nəticə çıxarmayan, rüşvət və korrupsiya hallarına son qoymayan və dövlətin mənafeyinə ciddi zərbə vuran şəxslər dövlət tərəfindən ciddi cəzalandırılacaqdır. Bu cür hallar sırasında hüquqi və fiziki şəxslərə qanunsuz arayışların verilməsi, aztəminatlı ailələr üçün dövlət tərəfindən ayrılmış ərzaq sovqatlarının mənimsənilməsi və korrupsiya faktlarını qeyd etmək olar. Xalqımızla dövlətimiz arasındakı münasibətlərin daha da güclənməsinə xidmət edən ölkə başçısının tapşırıqlarını məmurlar vicdanla, şəffaf və dürüst şəkildə icra etməlidirlər”.

Sonda RİH başçısı konfrans iştirakçılarına və aidiyyəti qurum rəhbərlərinə verilən tapşırıqların vaxtında, düzgün və məsuliyyətlə icra olunması ilə əlaqədar müvafiq göstərişlər verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1927
avatar

Oxşar yazılar