Rusiyanın bu şəhərləri hansı dövlətlərin paytaxtı olub? - TARİX
09 aprel 2020 12:49 (UTC +04:00)

Rusiyanın bu şəhərləri hansı dövlətlərin paytaxtı olub? - TARİX

Rusiya sözün həqiqi mənasında böyük ölkədir. Zaman-zaman bu ölkənin sərhədləri çərçivəsində onlarla müstəqil dövlət olub. Həmin dövlətlər xəritədən silinib getsə də, onların paytaxtları olan şəhərlər hələ də durur.

Lent.az xəbər verir ki, rusiyalı həmkarlarımız bu mövzuyla bağlı maraqlı arayış hazırlayıblar.

Həmkarlarımız ilk növbədə Kazandan başlayıblar. Hazırda Tatarıstanın paytaxtı olan bu şəhər vaxtı ilə Kazan xanlığının mərkəzi idi.

Hacı-Tərxan. Həştərxan tatarlarının yaratdığı eyni dövlətin paytaxtı olub. Hazırda bu şəhər Həştərxan adlanır.

Baxçasaray şəhəri isə vaxtıyla Krım xanlığının paytaxtı olub.

Tobolsk - hazırda Tümen vilayətinin əsas şəhərlərindən olan Tobolsk isə tarixi Qaşlık şəhərinin yerində tikilib. Qaşlık isə Sibir xanlığının paytaxtı idi.

Rusiyanın Orenburq şəhəri 1920-1925-ci illərdə Qırğızıstanın paytaxtı olub.

Bir maraqlı fakt: Rusiyanın daha bir şəhəri Smolensk Minsk şəhərinə qədər Belarusun paytaxtı olub. Amma çox qısa müddətdə - təxminən bir həftə.

Bolqar -  bu şəhər indi Rusiyanın inzibati - coğrafi xəritəsində görünmür. Çünki kiçik bir qəsəbə boydadır. Amma heç kim inanmaz ki, bu kiçik şəhər nəhəng Bolqar xanlığının paytaxtı idi.

Yeri gəlmişkən, yerli türkdilli xalqlar Bolqarı indinin özündə də Bilər adlandırırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3331
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar