QHT Şurası qanvermə aksiyasında - FOTOLENT
20 may 2020 15:28 (UTC +04:00)

QHT Şurası qanvermə aksiyasında - FOTOLENT

Bu gün Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvləri, Katibliyin əməkdaşları və QHT nümayəndələri Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xeyirxah təşəbbüsünə qoşularaq Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən qanvermə aksiyasında iştirak edib.

Lent.az-ın xəbərinə görə, Şura sədri Azay Quliyev bildirib ki, aksiyanın keçirilməsində məqsəd cəmiyyətimizlə həmrəylik nümayiş etdirmək və qana ehtiyacı olan şəxslərin qan ehtiyatının təmin olunmasına yardım etməkdir.

Qeyd edək ki, Mərkəzi Qan Bankında toplanan qan ehtiyatları yoxlandıqdan sonra xəstələr üçün istifadə ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1744
avatar

Oxşar yazılar