MDB ölkələrində, habelə Ukrayna və Gürcüstanda koronavirusldan ölüm nisbəti dünyada bu virusdan ölüm nisbətindən 5 dəfə azdır.
Lent.az-ın Rusiya KİV-ə istindən verdiyi məlumata görə, MDB ölkələri arasında ən çox yoluxma halı Rusiyada qeydə alınıb. Bu ölkədə virusa yoluxanların sayı 10 mini keçib.
Sonrakı yerləri Belarus (1 486 ) və Moldova (1 289) tutur.
Azərbaycanda 926, Ermənistanda 921, Qazaxıstanda 781, Özbəkistanda 582, Qırğızıstanda 280 yoluxma var.