Hüquq müdafiəçisi Oqtay Gülalıyevin vəziyyəti hazırda ağır stabildir.
Bu barədə Lent.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, onun müalicəsi özəl klinikaların birinin reanimasiya şöbəsində davam edir.
Qeyd edək ki, hüquq müdafiəçisini oktyabrın 29-da axşam saatlarında maşın vurub və dünən əməliyyat edilib.