Təhsil naziri Ceyhun Bayramov Respublika fənn olimpiadalarının qaliblərini təbrik edib.
Lent.az xəbər verir ki, nazir mövcud pandemiya şəraitinin bir çox planların, görüləcək işlərin təxirə düşməsinə səbəb olub: "Amma biz bu şəraitdən də müəyyən çıxış yolları tapdıq. Pandemiya dövründə yaşanan çətin günlərdə qazandığınız uğurlar bizi çox sevindirdi. Şübhəsiz ki, uğurlara sahib olmağınızda yüksək fədakarlıq göstərən müəllimlərimizin əməyi də danılmazdır. Bu günlərdə mövcud imkanlar səfərbər edildi, hər kəs təhsilimiz üçün böyük səy göstərdi".
Nazir bildirib ki, ölkənin parlaq zəkaya sahib övladlarının olduğunu bilmək gələcəyə inamımızı daha da artırır: "Mən çox şadam ki, siz bu günlərdə ruhdan düşmədiniz və daha da əzmlə çalışaraq böyük nailiyyət əldə etdiniz. Gələcək sizin ağlınızda, zəkanızda və çalışqanlığınızdadır. Hər birinizi bir daha qalib olmağınız münasibətilə təbrik edir, yeni-yeni uğurlar arzulayıram".