Mədəkiçiltmə əməliyyatına gedənlər nələri nəzərə almalıdır?
26 iyun 2020 12:10 (UTC +04:00)

Mədəkiçiltmə əməliyyatına gedənlər nələri nəzərə almalıdır?

Son illərdə edilən bariatrik əməliyyatların sayı artıb. Artıq çəkidən əziyyət çəkənlərin bir qismi çıxış yolunu əməliyyatda görürlər. Və insanlarda belə bir təsəvvür var ki, artıq çəkili hər bir şəxs istənilən zaman mədəkiçiltmə əməliyyatı kimi qəbul edilən bariatrik əməliyyat etdirə bilər.

e-tibb.az-ın xəbərinə görə, ümumi cərrah, sağlam qidalanma üzrə mütəxəssis, klinik psixoloq Vəfa Paşazadə bildirib ki, bariatrik cərrahiyyəyə qərar verən pasientin əməliyyata uyğunluğunu təyin etmək üçün psixoloji qiymətləndirmə vacibdir. Bu qiymətləndirmə psixiatr və ya mütəxəssis psixoloq tərəfindən aparılmalıdır: “Müayinənin məqsədi, pasientin əməliyyatdan sonra qidalanma protokollarına düzgün riayət etməsi, yüksək nəticə üçün fiziki və emosional gücə sahib olduğuna əmin olmaq, psixi baxımdan əməliyyata hazır olub-olmadığına qərar verməkdir. Qida davranış problemi, dərman asılılığı, siqarət, və s. kimi pis vərdişlərin varlığını qiymətləndirmək də çox əhəmiyyətlidir. Əməliyyata qərar verən xəstə, adətən illərlə bütün metodları sınamış və nəticələr müvəffəqiyyətsiz olub".

"Özünüzü və nələrin sizi yeməyə istiqamətləndirdiyini anlamağa çalışın" deyən mütəxəssis aşağıdakı suallara cavab tapmağı tövsiyə edib: 

Emosional qidalanırsınız, yoxsa stresli oldugunuz zamanmı yeməyə yönəlirsiniz?

Tox qarına yemək yeyirsinizmi?

Çox yedikdən sonra peşman olursunuzmu?

Onun sözlərinə görə, hansı yemək davranışlarının müvəffəqiyyətsizliyə yol açacağını təyin etmək ücün, keçmiş pəhriz uğursuzluqlarının müzakirəsi də əhəmiyyətlidir: "Bu, əməliyyat sonrası diet planınıza uyğun gəlmək mövzusunda sizə köməkçi olacaq”.

Mütəxəssis bildirib ki, həkim həm də fərdin həyatda tutduğu vəzifənin, ailəsindəki vəziyyəti və sahib olduğu ictimai dəstəyin dərəcəsini də nəzərdən keçirməlidir: “Bütün bunlar bariatrik cərrahiyyənin təqib prosesinin əhəmiyyətli bir parçasıdır. Psixoloji ve dietolojı dəyərləndirmənin əhəmiyyətini anlamağa çalışın. Bu qiymətləndirmə bir çox mərkəzlər və sığorta təşkilatları tərəfindən də zəruri tutulmalıdır. Bariatrik cərrahiyyə qərarının altında yatan səbəblər də nəzərdən keçirilməlidir. Bu seçim zamanı əməliyyatdan gözlədiyiniz faydalar və baş vere biləcək fəsadlar haqqında məlumatlı olmağımız önəmlidir. Cərrahınızla əməliyyat sonrası dəstək planları haqqında danışın. Obezite cərrahiyyəsi digər ümumi cərrahi müdaxilələrdən fərqli bir yanaşma ve anlayış tələb edir. Bariatrik cərrahiyyə sizin yalnız kilonuzu ve görünüşünüzü deyil, bütün həyat tərzinizi dəyişdirəcək bir cərrahiyyə növüdür”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3871
avatar

Oxşar yazılar