Dövlət İmtahan Mərkəzinin keçirdiyi 2020/2021-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına müsabiqənin nəticələrinə əsasən 8324 nəfər magistraturaya qəbul olunub.
Dövlət İmtahan Mərkəzindən Lent.az-a verilən məlumata görə, Azərbaycan bölməsi üzrə 7635, rus bölməsi üzrə 689 nəfər respublika ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarında təhsil alacaq.
Qəbul olunanların 3069 nəfəri dövlət sifarişi, 5255 nəfəri isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.