Koronavirusla bağlı azyaşlıları necə məlumatlandıraq? - PSİXOLOQUN TÖVSİYƏLƏRİ
07 aprel 2020 11:22 (UTC +04:00)

Koronavirusla bağlı azyaşlıları necə məlumatlandıraq? - PSİXOLOQUN TÖVSİYƏLƏRİ

Koronavirusla bağlı çox danışılması uşaqlara mənfi təsir edə bilir.

Lent.az mövzunun aktuallığını nəzərə alaraq Uşaq və gənclərin sosial reabilitasiya mərkəzinin psixoloqu Asəf Kərimovla uşaqların koronavurusla bağlı məlumatlandırılması və onların karantin rejimində emosional psixoloji durumu ilə bağlı hansı addımların atılması ilə bağlı tövsiyələri alıb.

Psixoliq bildirib ki, hazırkı dövrdə koronavirus pandemiyası ilə bağlı karantin rejimində insanların yaşaması onlarda bir çox mənfi emosional psixoloji hal və vəziyyətlərə gətirib çıxarır.

Onun sözlərinə görə, bu, xüsusilə psixoloji müdafiə mexanizmi hələ tam formalalşmamış uşaq və yeniyetmələr arasında özünü daha qabarıq göstərir: "Böyüklərdən fərqli olaraq onlar daha çox çətin vəziyyətlərdə qalırlar. Uşaqlara, xüsusən məktəbəqədər və kiçik məktəb yaşında olan uşaqlara xəstəliklə bağlı informasiya vermək lazımdır. Onların maarifləndirilməsi üçün gərək fantaziyamızı işə salaq".

Asəf Kərimov uşaqlarla koronavirusla bağlı danışmağın bir neçə variantını məsləhət bilir:

1. İlk növbədə məktəbəqədər və kiçik məktəb yaşında olan uşaqlara insan orqanizmi ilə bağlı bilikləri vermək lazımdır. Uşaqlar üçün onların yaş xüsusiyyətləri ilə bağlı kiçik kitabçalar var. Eyni zamanda məktəbəqədər təhsil müəssisələri üçün işlənmiş təlim tərbiyə proqramlarında  mövzuların tədrisi nəzərdə tutulur. Təbii ki, bağçaya getməmişdən qabaq valideynlər bu barədə uşaqlara məlumat verməlidirlər. Kiçik yaşlı uşaqlarda ətrafı tanımağa maraq və fəaliyyət özünü göstərdiyi andan valideynlər bu barədə məlumatı əldə etməkdə uşaqlara yardım etməlidirlər. Xarici və daxili orqanların tanınması ilə bağlı informasiya şəkilləri, cizgi filmləri, öyrədici çarxları tapmaq elə də çətin deyil. (O cümlədən karantində olan zamanı internet vasitəsilə).

2. Daha sonra sağlam və xəstə orqanizm-bədənlə əlaqədar məlumatlar verilməldir. Bu zaman xəstəlik törədicisi olan mikroblar, viruslarla bağlı informasiya nağıllaşdırılmış formada (mənfi obrazlar gözəgörünməz düşmən ordsusu və ya cadugər, div) verilə bilər. Mikrob və virusların hansı formada insana keçməsi ilə bağlı nağıl hazırlamaq olar. Onların qarşısını almaq üçün müsbət obrazlar rolunda vitaminlər, dərmanlar, su damcıları, həkimlər ordusu, maska və s. çıxış etməlidir. Sonda mütləq şəkildə nağılda müsbət qəhrəmanlar qalib gəlir. Gözəgörünməz düşmən ordusu məğlub olur. Kiçik yaşlı uşaqlara ölüm haqqında danışmaq tezdir. Buna görə də onlara yalnız mənfi əlamətlər haqqında danışmaq lazımdır. Öskürək, qızdırma, boğaz ağrısı və s.

3. Yeniyetmələrlə açıq danışmaq lazımdır. Onların və yaxınlarının həyatının olduqca vacib olması ilə bağlı söhbət aparmaq lazımdır.

4. Karantin dövründə əsas problem uşaqların heç bir yerə çıxmaması və ev şəraitində monoton həyat tərzinin aradan qaldırılmasıdır. Onlarla oynamaq, birgə şəkil çəkmək, kiçik teatr düzəltmək, birgə cizgi filminə baxmaq çox önəmlidir. Həyət evində yaşayanlar təcrid edilmiş həyətdə gəzə və oynaya bilər. Bu zaman təmiz havaya çıxa bilirlər. Lakin bina evində bu imkan olmadığı üçün gün ərzində heç olmasa bir dəfə eyvana çıxmaq və hava almaq, gün işığına baxmaq lazımdır. Onlayn dərslərdə iştirak etmək lazımdır. Öz müəllimi və digər həmyaşıdları ilə internet vasitəsi ilə ünsiyyət yaratmaq olar.

5. Yeniyetmələrin xüsusi ilə hazırkı dövrdə həmyaşıdları ilə ünsiyyət qurmalarına imkan yaratmaq lazımdır. Adi günlərdən fərqli olaraq mobil telefonla, sosial şəbəklərlə əlaqələrinə bir qədər daha çox müddət vermək lazımdır. Eyni zamanda onlar öz yaradıcılıqlarını, əl işlərini hazırlayıb sosial şəbəkələrdə paylaşa, qruplar yaradıb ünsiyyət qura, bir-birlərinə dəstək ola bilərlər. Valideynlərin onlarla daha çox söhbət etmək, nələrisə müzakirə etmək imkanı yaranıb, bundan istifadə etmək lazımdır.

 

   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 490
avatar

Aygün İbrahimli

Oxşar yazılar