Bu ilin əvvəlindən astroloqlar ilin çətin keçəcəyi ilə bağlı proqnozlar verirdilər. İl ərzində 6 dəfə Ay tutulması və digər hadisələr ehtimallara əsas yaradırdı. Hazırda yaşanan koronavirus pandemiyası isə insanlarda gələcək günlərdə nələrin ola biləcəyini bilmək marağını daha da artırır.
Lent.az Türkiyə mətbuatına istinadən ölkənin məşhur astroloqlarının bürclər haqqında yazdıqlarını təqdim edir.
Əvvəlcə qeyd edək ki, ilin ilk Ay tutulması yanvarın 10-da baş verib.
Növbəti ay tutulmaları iyunun 5-i və 21-də, iyulun 5-də, noyabrın 30-u və dekabrın 14-də baş verəcək.
Bu karantin günlərindən sonra bürcləri nə gözləyir və onlar necə hərəkət etməlidirlər?
Qoç bürcündən olan insanları sosial təcriddən sonra yeni mühitlərə girməyə cəhd etməlidirlər. Yəni yeni sosial çevrə qoçlar üçün yeni imkanlar yaradacaq.
Buğalar isə həyatla bağlı baxışlarını inkişaf etdirməyə vaxt ayırmalıdır. Xarici vətəndaşlar və təhsillə bağlı bir sıra məcburiyyətləri olacaq ki, ilin sonunda bu məcburiyyət onlar üçün yeni qapılar açacaq.
Əkizlər bürcündən olanlar pul məsələləri, kreditlərlə bağlı sıxıntılar yaşayacaq. Bu bürcün insanları bəlkə online işlər axtara, xarici ölkələrdə olan əlaqələrindən istifadə etməklə yeni imkanlar qazana bilərlər.
Xərçəng bürcündən olanlar üçün qarşılıqlı münasibətlərin pozulması, ortaqlığın ləğvi məsələsi gündəmdə olacaq.
Amma ilin sonunda kənardan gələn dəstəklə vəziyyəti idarə edə bilərlər.
Şir bürcündən olanlar üçün iş həyatında gərginlik yaranacaq. İşi olanlar işlərini itirə bilərlər. Amma çətinlikləri ilin sonuna və ya yeni ilin əvvəlinə sona çatacaq.
Qız bürcündən olanlar uşaqları üçün çox narahatlıq keçirəcək və onları ətraf mühitdən təcrid etməyə çalışacaqlar.
Amma bu bürcün insanları özlərini inkişaf etdirmək və qazanmaq üçün yaxşı fürsətlər əldə edəcəklər. Sosial həyatı çox sevən
Tərəzi bürcü insanları ailə içində sıxıntılar yaşaya bilər. Ancaq ilin sonundan "səhnədə" olacaqları zaman dilimi başlayacaq.
Əqrəblər yaxın ətrafda, qardaşlar arasında sıxıntı yaşaya bilər . Bu bürcdən olanlar ilin sonunda evdən iş fürsəti əldə edəcək.
Oxatanlar iqtisadi cəhətdən əziyyət çəkdikləri bir dövürdədir. Amma onlar da ilin sonunda müxtəlif əlaqə vasitələrindən istifadə etməklə vəziyyətdən çıxmaq fürsəti yaxalayacaq.
Oğlaqlar üçün çox sıxıntılı bir zaman dilimi olduğunu deyə bilərik.
Bu bürcün insanları da ilin sonundan yeni qazanc imkanları əldə edəcək.
Dolça bürcündən olanlar özlərini ifadə etməkdə çətinlik çəkəcək.
İlin sonunda isə özlərini intellektual cəhətdən ifadə edə bilmək üçün geniş imkan qazanacaqlar.
Nəhayət, balıqlar bürcündən olanlar isə sosial təcriddən qaynaqlanan özünə qapanmadan özünü inkişaf üçün çox gözəl istifadə edə biləcəklər.
Astroloqlar koronavirus pandemiyasının nə zaman bitəcəyi ilə bağlı ehtimallara da toxunub.
Günəşin hərəkətindən asılı olaraq aprel, may və iyun aylarında diqqətli olmağın vacibliyini vurğulayırlar.
Səmada aparılan müşahidələr virusun noyabrda təkrar aktivləşə biləcəyini deməyə əsas verir.