"Bu günə olan məlumata görə, iki vəkilimiz COVID-19 virusuna yoluxub, xəstəliklə mübarizə aparırlar".
Lent.az xəbər verir ki, məlumatı Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov yayıb: "Onların hər ikisi ilə danışmışam, 24 saat ərzində istənilən məsələ üzrə müraciət etmələrini xahiş etmişəm. Vəkil Cimnaz Eyyubova ilə az öncə danışdım, sağlamlıq durumu kafidir, ev şəraitində müalicə olunur".
A.Bağırov bildirib ki, Vəkillər Kollegiyası hər zaman vəkillərin yanındadır: "Allah bütün xəstələrə, o cümlədən, bizim xəstəlikdən əziyyət çəkən vəkillərimizə şəfa versin!".