İki azərbaycanlı Ermənistan xüsusi xidmət orqanlarını pis duruma saldı - İRƏVANDAN VİDEO
21 may 2020 14:12 (UTC +04:00)

İki azərbaycanlı Ermənistan xüsusi xidmət orqanlarını pis duruma saldı - İRƏVANDAN VİDEO


Sosial şəbəkələrdə iki azərbaycanlının Ermənistanın paytaxtı İrəvan şəhərindən yeni çəkdiyi video-görüntü yayılıb.

APA xəbər verir ki, kimliyi məlum olmayan həmin şəxslər paytaxtın mərkəzində video-çəkiliş aparıblar. Çəkilişdə iki nəfərin Azərbaycan və rus dillərində danışıqları aydın eşidilir.

Çəkilişi aparan şəxslərdən biri rus dilində bunları söyləyir: “Hazırda bizim qədim şəhərimiz olan İrəvandayıq. Pandemiya səbəbindən heç yerə çıxa bilmirik.

Həmvətənlərimizi 28 May – Respublika günü münasibətilə təbrik edirik. Söz verirəm ki, növbəti video Şuşada çəkiləcək. Ermənistan xüsusi xidmət orqanları, siz isə işləyə bilmirsiniz”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 40774
avatar

Oxşar yazılar