İcazə üçün "E-Təbib"ə də müraciət edilə bilər - QƏRAR
25 iyun 2020 18:24 (UTC +04:00)

İcazə üçün "E-Təbib"ə də müraciət edilə bilər - QƏRAR


Nazirlər Kabinetinin “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərarına dəyişiklik edilib.

APA-nın məlumatına görə, dəyişikliyə əsasən, təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar; eyni zamanda ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, dövlət xidmətlərindən, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti ilə, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar şəxslər yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS - məlumat göndərməli (SMS – məlumatlar ödənişsizdir) və ya “E-Təbib” mobil tətbiqi vasitəsilə həmin icazəni almaq üçün müraciət etməlidirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3718
avatar

Oxşar yazılar