İctimai Televiziya və Radio Yayımları Şirkətinin bir neçə gün bundan əvvəl binadan yıxılan əməkdaşı Rasim Babayevin vəziyyəti ağır stabil olaraq qalır.
Bu barədə Lent.az -a TƏBİB-dən məlumat verilib.
Xəbərdə bildirilib ki, sabah-martın 19-da R.Babayev aşağı ətrafından əməliyyat ediləcək.
Qeyd edək ki, xəstə 1 saylı Klinik Tibbi Mərkəzdədir.