“Bu gün Avropada pandemiya ilə bağlı vəziyyət yaxşılaşır”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib.
ÜST-ün Azərbaycandakı nümayəndəliyinin rəhbəri deyib ki, 1 peyvənd artıq sınağın son mərhələsindədir: “Ümid edirik ki, 2021-ci ilin sonuna qədər tibb işçiləri və risk qrupunda olanlar üçün bu peyvənd əlçatan olacaq. Deksametazonun da ağır vəziyyətdə olan xəstələrə 1/3 dərəcədə faydalı olduğu üzə çıxıb”.
H. Harmancı qeyd edib ki, ötən günlərdə Azərbaycana 168 min fərdi qoruyucu gətirilib, çox yaxında da iki reyslə yenə fərdi qoruyucu vasitələr gətiriləcək.