Birinci sinfə elektron qeydiyyat dayandırılır
19 mart 2020 10:15 (UTC +04:00)

Birinci sinfə elektron qeydiyyat dayandırılır

Martın 19-u saat 16:00-dan etibarən birinci sinfə elektron qeydiyyat müvəqqəti dayandırılır.

Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, elektron qeydiyyat sistemi martın 29-u saat 12:00-dan yenidən aktivləşəcək.

Qeyd edək ki, 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Birinci sinfə elektron qeydiyyat prosesinə martın 10-dan start verilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 855
avatar

Aygün İbrahimli

Oxşar yazılar