Bakıda “Green Pub” bağlandı - Qayda pozuntusu
04 iyul 2020 13:16 (UTC +04:00)

Bakıda “Green Pub” bağlandı - Qayda pozuntusu


Bakı Şəhər İcra Hakimiyyəti, rayon icra hakimiyyətləri, polis və İqtisadiyyat nazirliyinin əməkdaşlarının iştirakı ilə paytaxtda karantin rejimi qaydalarına əməl edilməsi ilə bağlı monitorinqlər və reydlər davam etdirilir, ticarət obyektlərində, məhəllələrdə, insanların sıx toplaşdığı digər ərazilərdə maarifləndirici söhbətlər aparılır. 

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, bu tədbirlər zamanı bir sıra nöqsanlar aşkar edilmiş ticarət obyektlərinin sahiblərinə və fiziki şəxslərə cərimələr tədbiq olunub. Mobil qrup tərəfindən həyata keçirilən reydlər zamanı Səbail rayonu, Badamdar qəsəbəsi, Göyüş Qarayev küçəsində qeyri-qanuni fəaliyyət göstərən “Green Pub” adlı ictimai-iaşə obyekti müəyyən olunub və onun fəaliyyəti dayandırılıb. 

Obyektin sahibi Mehdixan Xəlil oğlu Həsənov və onun arendatorları barədə müvafiq tədbirlər görülüb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4096
avatar

Oxşar yazılar